İran millisi bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatından imtina edə bilər. Sport24.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac "Marca"ya açıqlamasında bildirib:
"Bugünkü hadisələrdən və ABŞ-ın hücumundan sonra dünya çempionatına yollanmaq ehtimalı azdır. Lakin bu məsələ ilə bağlı qərarı idman təşkilatlarının rəhbərləri verməlidir".
Qeyd edək ki, İran millisi DÇ-2026-da Belçika, Misir və Yeni Zelandiya ilə bir qrupa düşüb və bütün oyunlarını ABŞ-da keçirməlidir.