Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" Konfrans Liqasında ev oyunlarını Polşanın Krakov şəhərində keçirir. Sport24.az xəbər verir ki, Donetsk təmsilçisi 1/8 finalda Polşanın "Lex" klubu ilə üz-üzə gələcək.
Türkiyəli mütəxəssis bu amilə görə ev matçının fərqli ölkədə təşkil olunmasını istəyir. Turan qarşılaşmanın Türkiyədə keçirilməsinin tərəfdarıdır. O, görüşün İzmir şəhərində baş tutması üçün "Göztepe" klubuna müraciət edəcəklərini bildirib.
Qeyd edək ki, "Şaxtyor"la "Lex" arasındakı matçlar 12-19 mart tarixlərində baş tutacaq. Ukrayna klubu ikinci görüşdə ev sahibi olacaq.