Braziliyanın prezidenti Luis İnasio Lula da Silva milli komandanın bu yay keçiriləcək dünya çempionatında uğur qazanacağına inandığını bildirib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb:
"Əminəm ki, bu kuboku qazanacağıq. Ançelotti ilə danışdım və gördüm ki, o, son dərəcə ciddi və səbirli bir insandır.
O, yalnız 100% formada olanların oynayacağına, heç kimi sadəcə adına görə çağırmayacağına - yalnız oynayan, məşq edən və hazır olanlara inanır. Məşqçi ciddi olanda oyunçular da məsuliyyəti başa düşürlər".
Qeyd edək ki, DÇ-2026 bu yay 3 ölkədə - ABŞ, Kanada və Meksikada təşkil olunacaq.