Misli Premyer Liqasının XXII turunun "Şamaxı" – "Neftçi" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

 

– Oyunu şərh etmək istəmirəm. Bu qərara kim cavabdehdirsə, şərhi o versin. Oyundan razıyam, amma təəssüf ki, bu gün baş verənlər ağrılıdır. Futbola yaraşmır belə hal.

 

– Oyunun sonlarında qatı duman oldu. Sizcə, oyunun davam etməsi düzgün idi?


– Bilmirəm. Belə görünür ki, VAR epizodu yaxşı görüb.

 

– Abubakar fasilədən sonra oyuna qoşulub, ardıcıl qollar vurdu. Onun daha əvvəldən meydanda olması düzgün olmazdı?


– Əvvəldən düşünmüşdük. Sambu və Abubakar yaxşı formadadır. Hakimlik hər yerdə problemlidir. Tək Azərbaycanda deyil. Komanda olaraq ən məyusedici halı yaşadıq. Buna görə özümüzü pis hiss edirik. Ciddi irəli getməyə başlamışdıq. Sanki "Neftçi"nin yüksəlməsini istəmirlər. Amma dayanmayacağıq, iradəmiz və irəli gedəcəyik. Güclülər bu yolu davam edə bilirlər. Üzürlü sayın, daha danışmaq istəmirəm.