"Şamaxı" və "Neftçi" komandaları arasında bu gün keçiriləcək Misli Premyer Liqasının XXII turunun oyunu yubileylə əlamətdar olacaq. Sport24.az xəbər verir ki, qarşılaşma tərəflərin çempionatdakı 80-ci matçı kimi tarixə düşəcək.

Əvvəlki 79 görüşün 44-də "ağ-qaralar", 16-da meydan sahibləri qalib gəlib. 19 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də bakılıların aşkar üstünlüyü var - 125:72.

"Şamaxı" daha əvvəl "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlanıb.

"Şamaxı" Premyer Liqadakı son 11 matçda bu rəqibinə qalib gələ bilməyib. Sonuncu belə qələbə 2021-ci ilin noyabrında qeydə alınıb. Həmin vaxt "Keşlə" "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün keçiriləcək "Şamaxı" - "Neftçi" oyunu saat 14:30-da start götürəcək.