Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev mövsümün sonunda "Qarabağ"dan ayrıla bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, təcrübəli qolkiperə başa çatmaq üzrə olan müqaviləsinin uzadılması ilə bağlı hələlik yeni təklif təqdim edilməyib.

Klub rəhbərliyinin qərarı dəyişəcəyi təqdirdə, Şahruddinlə yeni sözləşmə yalnız maaşın azaldılması şərti ilə mümkün ola bilər.

2024-cü ilin yayında yenidən "Qarabağ"a qayıdan milli üzvü həmin dövrdə komandanın əsas qapıçısı olub. O, daha əvvəl – 2016-2023-cü illərdə də Ağdam təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, ötən ilin dekabrında zədələnən qapıçının mart ayında məşqlərə bərpa olunaraq qayıdacağı gözlənilir.