"Santos"un hücumçusu Neymar ona ünvanlanan tənqidlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı "Globo"ya açıqlama verib:
"Keçən həftə məni dünyanın ən pis oyunçusu adlandırdılar. Düşünürəm ki, son matçda daha yaxşı görünürdüm. Futbol belədir: bu gün səni təqaüdə göndərirlər, sabah isə dünya şempionatına gedə bilərsən.
İndiki zamanla yaşamağa, işləməyə və ən yüksək formaya düşməyə çalışıram. Bu, bu il tam 90 dəqiqə oynadığım ikinci matçdır. Çox məşq edirəm və ən yüksək səviyyədə oynamaq istəyirəm".
Qeyd edək ki, 34 yaşlı braziliyalı 2026-cı ildə "Santos"un heyətində üç oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.