UEFA Avropa klublarının maliyyə dayanıqlığı ilə bağlı illik hesabatını dərc edib. Sport24.az xəbər verir ki, hesabata görə, yüksək liqa klublarının 2025-ci ildə vergi öncəsi ümumi mənfəəti tarixdə ilk dəfə olaraq 30 milyard avroya yaxınlaşsa da, ümumililikdə zərər qeydə alınıb.

 

UEFA artımın əsas səbəblərinin sponsorluqdan, transferlərdən və avrokuboklardan gələn pullardan təşkil olunduğunu vurğulayır. Bununla belə, gəlirlə yanaşı, əməliyyat xərcləri də artıb. Oyunçuların maaşları 4,8% artıb, əmək haqqı ilə əlaqəli olmayan əməliyyat xərcləri isə ümumi gəlirin 36%-nə çatıb ki, bu da son 15 ildə ən yüksək səviyyədir.

 

Ümumi gəlir artımına baxmayaraq, liqaların ümumi itkiləri yüksək olaraq qalır. Hesabatda bir neçə liqa üçün məlumatlara istinad edilir: La Liqa klubları 296 milyon avro, A Seriyası 255 milyon avro, Fransa 112 milyon avro və Yunanıstan 92 milyon avro itirib.

 

UEFA hesabatında o da bildirilir ki, 2025-ci ildə cəmi 29 klubun sahibi dəyişib ki, bu da ötən illərlə müqayisədə daha aşağı göstəricidir.