Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında final və üçüncü yer uğrunda oyunlar keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçında bürünc medalların sahibi müəyyənləşəcək.
Saat 13:00-da "Milli Aviasiya Akademiyası" "Gəncə" kollektivini sınağa çəkəcək.
Mövsümün həlledici qarşılaşmasında isə "Turan" və "DH Volley" üz-üzə gələcək. Bu matç saat 16:00-da baş tutacaq.
Qeyd edək ki, hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.