"Bavariya" və Almaniya millisinin yarımmüdafiəçisi Serj Qnabri dünya çempionatından kənarda qala bilər. Sport24.az xəbər verir ki, ötən gün Münhen klubunun rəmi saytı 30 yaşlı futbolçunun sağ budundakı əzələ yırtığı səbəbindən uzun müddət oynaya bilməyəcəyini açıqlayıb.

 

"Sky Deutschland"ın məlumatına görə, Qnabrinin sağalma müddətinin təxminən üç-dörd ay olacağı gözlənilir. Buna görə də, futbolçunun 11 iyun - 19 iyul tarixlərində keçiriləcək dünya çempionatını buraxması ehtimalı var.

 

Qeyd edək ki, Qnabri bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 10 qol vurub və 11 məhsuldar ötürmə edib. Almaniya DÇ-2026-da Kurasao, Kot-d'İvuar və Ekvadorla birgə E qrupunda yer alıb.