Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında üçüncü yer və final oyunlarının keçiriləcəyi tarixlər bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Fedrasiyası məlumat yayıb. 

 

Aprelin 18-də kişilərin yarışında üçüncü yer uğrunda "Neftçi" və "Murov Az Terminal" klubları, həlledici görüşdə isə "Xilasedici" və "Ordu" üz-üzə gələcəklər. Qarşılaşmalar müvafiq olaraq saat 13:00 və 16:00-da start götürəcək.

 

Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da meydana çıxacaqlar. Üçüncü yer uğrunda "Milli Aviasiya Akademiyası" ilə "Gəncə", finalda isə "Turan" və "DH Volley" komandaları qarşılaşacaqlar. Görüşlər saat 13:00 və 16:00-da olacaq. Bütün matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.

 

Hər iki final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.