Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" MLS-də növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, komanda səfərdə "Nyu İnqlend Revolyuşn"la qarşılaşıb.

 

Görüş "Kolumbus Kryu"nun məğlubiyyəti ilə başa çatıb – 1:2.

 

Nəriman oyuna 88-ci dəqiqədə daxil olub.


"Kolumbus Kryu" 8 turdan sonra 6 xalla 12-ci sıradadır.