Lionel Messinin formasını geyindiyi "İnter Mayami" MLS-də növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda səfərdə "Kolorado Repidz"lə qarşılaşıb.

 

5 qolun vurulduğu matç "İnter Mayami"nin qələbəsiylə başa çatıb.

 

Messi oyunda dubl edib. Digər qolu isə Herman Berterame vurub.

 


"İnter Mayami" 8 oyundan sonra 15 xalla 7-ci sıradadır.