Almaniya futbolunun canlı əfsanəsi Oliver Kan "Bavariya"nın hücumçusu Maykl Olisenin "Qızıl top" mükafatı üçün şanslarını dəyərləndirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Sky Sports"a açıqlama verib:
"Son həftələrdəki performansına baxdıqda, Maykl Olise inamla "Qızıl top" mükafatını qazanmağa doğru gedir".
Bu mövsüm Olise 43 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
Qeyd edək ki. hücumçu 1/4 finalın cavab oyunlarından sonra Çempionlar Liqasında həftənin oyunçusu seçilib. Münhen klubu Çempionlar Liqasının yarımfinalında PSJ ilə qarşılaşacaq. İlk oyun aprelin 28-də, cavab qarşılaşması isə mayın 6-da keçiriləcək.