İngiltərə millisinin üzvü Fil Foden "Mançester Siti"də qalacaq. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi "şəhərlilər"lə müqavilə müddətini 2030-cu il iyunun 30-na qədər artıracaq.

 

Hər iki tərəf tərəfdaşlığını davam etdirməkdə maraqlıdır.

 

25 yaşlı futbolçunun Mançester təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.


Klubun yetirməsi olan Foden 2017-ci ildən əsas komandada çıxış edir.