Misli Premyer Liqasının 28-ci turuna Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Qəbələ"ni qonaq edir.
Meydan sahibləri son 10 oyunda qələbə üzünə həsrət qalıb. "Kimyaçılar" bu uğursuzluğa məhz "qırmızı-qaralar"la matçda son qoymaq istəyir. Qonaqlar isə hazırda 19 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Kaxaber Tsxadadzenin komandası düşmə zonasından uzaqlaşmaq istəyir və bu üzdən Sumqayıt səfərindən xal və xallarla qayıtmağı planlaşdırır.
Qeyd edək ki, 29-cu turun oyunlarına aprelin 25-də start veriləcək.
Misli Premyer Liqası
III dövrə, XXVIII tur
18:00. "Sumqayıt" - "Qəbələ" 1:0
Qol: H. Haqverdi, 19.
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamranbəy Rəhimov
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
"Sumqayıt": 22. Xəyal Fərzullayev (k) 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 75. Nadir Orucov 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badolo 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 25. Abdul Raşid Mumini
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare