"Neftçi"nin qapıçısı Kenan Piriç Misli Premyer Liqasının 28-ci turunda "Zirə" ilə heç-heçə (1:1) etdikləri oyundan sonra Sport24.az-a müsahibə verib.

- "Zirə" ilə matçda 1:1 oynadınız. Ümumi görüş sizin üçün necə keçdi?
- Matça yaxşı hazırlaşmışdıq. Qalibiyyət istəyirdik. Son dəqiqələrdə bizə vurulan qoldan sonra artıq bu qaydaları başa düşmürəm. Nə baş verdiyini öyrənmək üçün gərək ChatGPT-dən soruşaq. "Zirə"nin futbolçusu zərbə zamanı tam qarşımda dayanmışdı, topu görə bilmirdim.

- Sizcə, nəyə görə ofsayd qeydə alınmadı?
- Bilmirəm.

- Epizodu görmürdün?
- Bəli. Bilirsiz, yenə eyni vəziyyət. Artıq ikinci dəfədir. İlk oyunda da hesab 2:2 olarkən onların lehinə penalti verdilər. Bilmirəm… Məyusam və açığı görünür ki, hamı bizə qarşıdır. Amma bu, bizi daha da gücləndirə bilər. Görəcəksiniz. Hamısı budur.

- Bir epizodda möhtəşəm seyvin oldu. Deyə bilərik ki, bu, karyeranın ən yaxşı seyvlərindən biridir?
- Tam olaraq yox, amma ilk üçlükdədir. Nə edə bilərəm ki? Hamıya qarşı mübarizə apara bilmərik. Liqanın qalan hissəsinə qarşı mübarizə aparacağıq.

- Növbəti oyunda "Qarabağ"la qarşılaşacaqsınız. Yuri Vernidub və Breno Almeyda həmin görüşdə meydanda olmayacaq…
- Olan oldu artıq. İki oyun, vacib oyunlar, iki derbi. Düşünürəm və ümid edirəm ki, hər şeyin öhdəsindən gəlmək üçün keyfiyyətimiz və gücümüz var. Görəcəyik. Hazırlaşacağıq.

- Azarkeşləriniz sizə dəstək oldular. Onlara nə demək istərdiniz? Növbəti oyun da "Qarabağ"a qarşıdır…

- Azarkeşlərə? Bəli, əvvəldən necə idilərsə, yenə elədirlər. Biz ən çətin vəziyyətdə olanda da yanımızda oldular. İndi isə birlikdə böyüyürük — komanda kimi, ailə kimi, qardaşlar kimi. Onlara ehtiyacımız var, sanki meydanda 12-ci oyunçu kimidirlər. Bu dəstəyi görmək çox xoşdur. Düşünürəm ki, "Qarabağ"a qarşı oyunda stadion tam dolu olacaq, daha böyük izdiham olacaq. Hazırlaşacağıq. Sona qədər mübarizə aparacağıq.