"İnter Mayami" gələn həftə Ağ Evi ziyarət edəcək. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" qəzeti məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, görüş 5 martda baş tutacaq. Messinin də formasını geyindiyi komanda ötən il yaşadqıları çempionluğa görə, Ağ Evi ziyarət edəcək. Bu, 2020-ci ildən liqaya qoşulan klubun tarixində ilk çempionluqdur.

 

Qeyd edək ki, "İnter Mayami" finalda "Vankuver"i 3-1 hesabı ilə məğlub etmişdi.