Misli Premyer Liqasının 22-ci turunun ikinci oyun gününə Qəbələdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Karvan-Yevlax"ı qonaq edir.
Turnir cədvəlinin son pillərində qərarlaşan komandalar üçün bu oyunun əhəmiyyəti çox böyükdür. Hər iki komandaya 3 xal hava-su kimi lazımdır. Bu matç ərəfəsində aktivində 15 xal olan meydan sahibləri 11-ci, qonaqlar isə 6 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 22-ci tur sabah keçiriləcək "Qarabağ" - "Sabah" və "Turan Tovuz" - "İmişli" görüşləri ilə yekun vurulacaq.
Misli Premyer Liqası
II dövrə, XXII tur
17:00. "Qəbələ" - "Karvan-Yevlax"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ. Şəhər stadionu.