"Liverpul"un yarımmüdafiəçisi Certis Cons karyerasını "İnter"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məəlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya klubu bu qış 25 yaşlı ingilis futbolçu üçün icarə danışıqları aparıb, lakin nəticəsiz qalıb. Məsələ yayda yenidən gündəmə gələ bilər.
Qeyd edək ki, Cons "Liverpul" akademiyasının yetirməsidir. Bu mövsüm o, bütün turnirlərdə 34 oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" onun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir. Yarımmüdafiəçinin "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.