Bu gün Misli Premyer Liqasının 22-ci turu çərçivəsində daha iki görüş keçiriləcək. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.
Günün ilk oyununda "Şamaxı" "doğma divarlar" arasında "Neftçi"ni qəbul edir. Hazırda aktivində 30 xal olan və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "ağ-qaralar" səfərdən 3 xalla dönəcəyi halda 5-ci yerə yüksələrək avrokubok zonasına bir qədər də yaxınlaşacaq. "Şirlər" isə qələbə qazanacağı təqdirdə mövqeyini dəyişməsə də, təhlükəli zonadan bir qədər də aralanacaq.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 14:30-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XXII tur
14:30. "Şamaxı" - "Neftçi"
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı. Şəhər stadionu.