"Hər iki komandaya üç xal çox vacibdir". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.

Mütəxəssis Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" "Sabah" qarşılaşmasından gözləntilərini bölüşüb:

"Qarabağ" ağır oyunlardan sonra çempionat matçına çıxacaq. "Sabah" isə son iki qarşılaşmasında heç də asan qalibiyyət əldə etməyib. Komandanın hansı gücdə olması hamıya maraqlıdır. Meydanın hər qarışı uğrunda mübarizə gedəcək. "Sabah" qalib gələcəyi təqdirdə işinin 50 faizini həll etmiş olacaq. Əgər matç heç-heçə bitərsə, yenə də çempionluq şansları bərabər olacaq. Çünki xal fərqi yenə də olduğu kimi qalacaq. Bizi çox gərgin və maraqlı qarşılaşma gözləyir".

Qeyd edək ki, "Qarabağ" – "Sabah" matçı martın 1-i saat 19:00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.