İspaniya La Liqasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib. "Vilyarreal"ın hücumçusu Jorj Mikautadze ötən ayın ən yaxşısı seçilib. Sport24.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Gürcüstan millisinin üzvü səsvermədə hamını qabaqlayıb.
Qeyd edək ki, Jorj Mikautadze fevralda La Liqada meydana çıxdığı 4 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.