"Milan" "Vilyarreal" və Gürcüstan millisinin hücumçusu Giorgi Mikautadze ilə maraqlanır. Sport24.az xəbər verir ki, "rossonyerlər" gürcü forvard üçün İspaniya klubu ilə ilkin danışıqlara başlayıblar.

 

"Milan" onun transferinin real olub-olmaması haqda maraqlanır. İtaliyalılar 25 yaşlı hücumçuya görə lazım olan təzminatı ödəməyi planlaşdırır. Georgesin "Vilyarreal"la müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Metz", "Serainq", "Ayaks", "Lion" klublarında oynayıb.

 

Bu transfer baş verərsə, Mikautadze "Milan"da oynayan ikinci gürcü olacaq. Ona qədər Kaxa Kaladze bu klubun formasını geyinmişdi(2001-2010).