Almaniyalı yarımmüdafiəçi Marko Roys "Los Angeles Qalaksi" ilə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, MLS klubunun rəsmi saytı məlumat yayıb.

 

Roysun yeni müqaviləsi 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub. O, 2024-cü ilin yayından Kaliforniya təmsilçisinin formasını geyinir. Yarımmüdafiəçi  "Los Angeles Qalaksi"nin heyətində 42 oyunda meydana çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Roys 2012-ci ildən 2024-cü ilə qədər Dortmund "Borussiya"sının şərəfini qoruyub. Futbolçu Dortmund klubu ilə iki dəfə Almaniya Kubokunu və üç dəfə Almaniya Super Kubokunu qazansa da, heç vaxt ölkə çempionu ola bilməyib.