"Real"ın hücumçusu Kilian Mbappenin yaşıl meydana dönəcəyi tarix müəyyənləşib. Sport24.az "Cadena Ser"ə istinadən xəbər verir ki, fransalı forvard Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" ilə cavab oyununa hazır olacaq. 

 

Mənbənin sözlərinə görə, fransız futbolçu "Siti"yə qarşı ilk matçda (11 mart) oynamayacaq. O, həmçinin La Liqada "Xetafe"yə (2 mart) və "Selta Viqo"ya (6 mart) qarşı oyunları buraxacaq.

 

Qeyd edək ki, Mbappe bu mövsüm "Real"ın heytində 33 oyun keçirib, 38 qol vurub və 6 məhsuldar ötürmə edib.