"Kəpəz" klubunun sabiq futbolçusu Rövşən Əhmədov 59 yaşında AFFA Region Liqasındakı matçda iştirak edib. Sport24.az-ın məlumatına görə, veteren oyunçu "VT Gəncə" komandasının heyətində meydana çıxıb.
Əhmədov "Naftalan"la qarşılaşmanın iştirakçısı olub.
Görüş Gəncə klubunun 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Əhmədov qollardan birinin də müəllifi olub.