Yaponiyanın paytaxtı Tokioda paracüdo üzrə Qran-pri keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan paracüdoçusu İlham Zəkiyev (+90 kq) yarışda gümüş mükafata yiyələnib.

İ.Zəkiyev J1 kateqoriyasında yalnız final görüşündə rəqiblərinə məğlub olub.

Qeyd edək ki, həmin yarışda digər paracüdoçularımızdan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Xanım Hüseynova (70 kq) gümüş mükafata yiyələnib, Dürsədəf Kərimova (+70 kq), Namiq Abaslı (73 kq) bürünc medalçı olub.