Azərbaycan cüdoçusu Hidayət Heydərov (73kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.

Sport24.az xəbər verir ki, təmsilçimiz yarımfinalda İqor Vandtkendən (Almaniya) üstün olub.

Ankzaya Lavjarqal (Monqolustan) və Tatsuki İşihara (Yaponiya) arasında keçiriləcək döyüşün qalibi həlledici mərhələdə H.Heydərovun rəqibi olacaq.

Kişiərin yarışında Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.