Cüdo üzrə Azərbaycan komandası Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa kubokunun ümumi hesabında 4-cü yeri tutub. Sport24.az xəbər verir ki, idmançılarımız yarışda üç medal qazanıb.

 

Rəşid Elkiyev (66 kq) turnirin qalibi, Hüseyn Allahyarov (60 kq) və Camal Həmzətxanov (+100 kq) isə gümüş mükafatçı olublar. Yekun nəticədə cüdoçularımız İtaliya, Ukrayna, İsrail, Kanada kimi ölkələri qabaqlayıb. 

 

Qeyd nedək ki, birinci yerdə Fransa (6-4-6) qərarlaşıb, Almaniya ikinci (2-0-3), Niderland isə üçüncü (1-3-4) olub.