Bu gün Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medal qazanıb. Sport24.az xəbər verir ki, yarışın ilk günündə 5 çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxıb.

Kişilər arasında -60 kq. çəkidə mübarizə aparan cüdoçu Turan Bayramov qızıl medala sahib olub. Turan finalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlar arasında -52 kq. çəki dərəcəsində Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Gültac bürünc medal uğrunda görüşdə çinli idmançı Yeqinq Junu məğlub edib.