Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir.

Sport24.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 4 cüdoçusu tatamı üzərinə çıxıb.

Onlar heç biri medal qazana bilməyib.

73 kq
Nəriman Mirzəyev Cek Yonezuka (ABŞ) ilə güləşib və məğlub olub.

İbrahim Əliyev Aleksandr Raiç (Rumıniya) və Umalt Dəmirələ (Türkiyə) qalib gəlməklə 1/8 finala adlayıb. O, burada italiyalı Manuel Lombardoya uduzaraq mübarizəni dayandırıb.

81 kq
Ömər Rəcəbli Ağacan Ayxanov (Türkmənistan) və Şərafətdin Boltaboyev (Özbəkistan) üzərində qələbələrlə 1/8 finala yüksəlib. O, növbəti qarşılaşmada Attila Unqvarini (Macarıstan) üstələyib. 1/4 finalda Abılayxan Jubanazar (Qazaxıstan) üzərində qələbə qazanan idmançımız finala gedən yolda Şamil Borçaşviliyə (Gürcüstan) uduzub.

Rəcəbli bürünc medal uğrunda Mixaylo Svidrakla (Ukrayna) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən Ömər 5-ci yeri tutub.

Qadınlar
63 kq

Aytac Qardaşxanlı startda Flavia Favoriniyə (İtaliya) məğlub olub.

Qeyd edək ki, yığmamız ilk yarış gününü medalsız başa vurub.