Azərbaycan millisinin cüdoçuları iyunun 10-dan Xorvatiyanın Poreç şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb. Sport24.az xəbər verir ki, toplanışda qadınlardan, böyüklərdən və gənclərdən ibarət komandanın 40 idmançısı iştirak edir.

 

Təlim-məşq toplanışı Paris-2024 Yay Olimpiya Oyunlarına və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.