Mayk Tayson ehtiyat etdiyi boksçunun adını çəkib. Sport24.az xəbər veror ki, keçən illərin əfsanəvi boksçusu hazırda döyüşsəydi, Devid Benavidesin qarşısına çıxmaqdan çəkinə biləcəyinini söyləyib: “Devid Benavides lazım olan dəyəri görmür. Şəxsən onunla döyüşməkdən qorxardım. Məncə, indi heç kim onun qarşısında dayana bilməz. Bunları fakta əsasən deyirəm. Mənə elə gəlir ki, Benavides Kaleb Plantı məğlub edəcək. Devid məğlub olmayana qədər əsas favoritim o olacaq. Lap kiməsə uduzasa belə, yenə də seçimi onun üzərində edəcəyəm. Məsələ onun işə yanaşmasındadır. O, balaca kök uşaq idi və özünü bütün dünyaya sübut etmək istədi. Dahi döyüşçülər həmişə özlərinə inamsız olur”.

Qeyd edək ki, 26 yaşlı amerikalı David Benavides bu günə qədər keçirdiyi 26 görüşün hamısında qalib gəlib. O bu döyüşlərin 23-də rəqiblərini nokautla üstələyib.