AMADA Boksçular üçün seminar təşkil edib. Sport24.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının qadın idmançıları üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.
Seminarda antidopinq sisteminin əhəmiyyəti, antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, Qadağan edilmiş siyahı və Terapevtik İstifadə üçün İstisnalar kimi önəmli antidopinq mövzuları barədə fikir mübadiləsi aparılıb.