"Sabah"ın yeni transferi Karlos Eduardo klubun mətbuat xidmətinə açıqlama verib. Sport24.az xəbər verir ki, braziliyalı hücumçu "bayquşlar"a keçidi ilə bağlı bunları deyib:

 

"Mən də bu ailənin bir parçasıyam. Burada olduğum üçün çox xoşbəxtəm və bu forma ilə ilk oyunuma çıxacağım anı səbirsizliklə gözləyirəm".

 

"Sabah" Eduardonu Portuqaliyanın "Jil Visente" klubundan icarəyə götürüb.

 

Karlos karyerası ərzində Braziliyanın "Bruske" (2020), Portuqaliyanın "Nasional" (U-19, 2020–2021), "Maritimu"nun B və əsas komandalarında (2021–2024), həmçinin "Felqeyraş"da (2024–2025) çıxış edib.