Bu gün keçiriləcək bir oyunla I Liqada 2-ci tura start verilir. Sport24.az xəbər verir ki, "Şahdağ Qusar" "Karvan-Yevlax"ı qonaq edir.

 

Hər iki komanda birinci liqanın iddialılarından hesab olunur. Həm Füzuli Məmmədovun çalışdırdığı Şimal təmsilçisi, həm də Ramiz Məmmədovun baş məşqçisi olduğu mövsümə qələbə ilə start verib.

 

Qeyd edək ki, Binə qəsəbəsində baş tutacaq görüşün start fiti saat 16:30-da səslənəcək. Hesabat həftəsinə isə sentyabrın 11-də yekun vurulacaq. 

 

Birinci Liqa

II tur

16:30. "Şahdağ Qusar" - "Karvan-Yevlax"
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu.