Argentinalı hücumçu Lionel Messi İspaniyadan daha bir klubun səhmlərini alır. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
38 yaşlı futbolçu "Eldense" klubunun səhmlərinin alışı üçün razılığa gəlib.
Messinin İspaniya təmsilçisi üçün ödəyəcəyi məbləğ açıqlanmayıb.
"Eldense" Sequndada çıxış edir. Komanda 4 turdan sonra 22 komanda arasında 2 xalla 20-cidir.
Messi daha əvvəl İspaniyada III Liqa təmsilçisi "Kornelya"nın səhmlərini alıb.