"Çelsi"nin gənc futbolçusu Kendri Paezin London klubuna qayıtması gözlənilir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

19 yaşlı ekvadorlu yarımmüdafiəçi icarə əsasında "River Pleyt"də çıxış edirdi. Lakin Argentina klubunun erkən geri qaytarma razılaşmasından istifadə etməsi səbəbindən Paez "Çelsi"yə geri qayıdacaq.

 

Bununla belə, futbolçunun London təmsilçisinin əsas komandasında yer almayacağı bildirilib. "Çelsi"nin baş məşqçisi Xabi Alonso Paezin hazırda əsas komandanın planlarına daxil olmadığını açıqlayıb.

 

Qeyd edək ki, Paez "Çelsi"yə 2025-ci ildə qoşulub.