İspaniyanın "Betis" klubunun çalışdırıcısı Manuel Pelleqrini Çempionlar Liqasının tarixinə düşüb. Sport24.az xəbər verir ki, mütəxəssis turnirin əsas mərhələsində iştirak edən ən yaşlı üçüncü baş məşqçi olub.
Əndəlüs təmsilçisinin çalışdırıcısı I turda "Lill"lə matçda 72 yaş 357 günlüyündə iş başında olub.
Bu göstəricidə rekordçu Mirça Luçeskudur. O, 76 yaş 132 günlüyündə ÇL-də bir komandaya rəhbərlik edib.