"Sanderlend"in futbolçusu Çemzeddin Talbinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirməsi gözlənilir. Sport24.az "Football İnsider"ə istinadən xəbər verir ki, 21 yaşlı mərakeşli yarımmüdafiəçi "Əl-İttihad"la transfer danışıqlarını davam etdirir. Tərəflər arasında razılaşmanın yaxın günlərdə əldə olunacağı gözlənilir.
Talbi ötən həftə "Sanderlend"in Avropa Liqası üçün heyətinə daxil edilməyib. O, komandanın şənbə günü Premyer Liqada "Brentford"la 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmada da iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Talbi ötən ilin iyulunda "Brügge"dən "Sanderlend"ə 17 milyon funt-sterlinqə transfer olunub. O, ötən mövsüm Premyer Liqada 28 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.