Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində keçirilən "Real" ilə yundan əvvəl "İnter"in prezidenti Cüzeppe Marotta komandanın kapitanı Lautaro Martinesin "Barselona"nın təklifini geri çevirdiyini bildirib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Italia"-ya məlumat yayıb:
"Əvvəla, deməliyəm ki, onun davranışı nümunəvi idi. O, "Barselona" ilə danışıqlardan imtina etməklə böyük sədaqət nümayiş etdirdi. Görüşümüz oldu, amma şərtlər bizə davam etməyə imkan vermədi.
Lautaro yüksək səviyyəli oyunçudur və kubok qazanmaq istəyiriksə, ona ehtiyacımız var".
Qeyd edək ki, "Real" - "İnter" matçı meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Martines isə bu matçda məhsuldar ötürmə ilə yadda qalıb.