"Sabah"ın UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsindəki rəqiblərindən olan İspaniyanın "Vilyarreal" klubu uğursuz seriyası ilə diqqət çəkir. Sport24.az-ın məlumatına görə, La Liqa təmsilçisi qitənin bir nömrəli klub turnirində qələbəsiz oyunlar seriyasını davam etdirir.

Ötən gün Almaniyada Dortmund "Borussiya"sına 2:3 hesabı ilə uduzan "Vilyarreal" Çempionlar Liqasında artıq 11 matçdır qələbə qazana bilmir.

İspaniya təmsilçisi bu qarşılaşmadan əvvəl "Bayer"ə 0:3, "Ayaks"a 1:2, "Kopenhagen"ə 2:3, Dortmund "Borussiya"sına 0:4, "Pafos"a 0:1, "Mançester Siti"yə 0:2, "Tottenhem"ə 0:1 hesabı ilə məğlub olub. Komanda iki dəfə "Liverpul"a 2:3 və 0:2 hesabları ilə uduzub, "Yuventus"la isə heç-heçə edib.

Beləliklə, "Vilyarreal" Çempionlar Liqasında son 11 qarşılaşmasında qələbə üzünə həsrət qalıb.

Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Vilyarreal"la dekabrın 8-də İspaniyada üz-üzə gələcək.