"Nyukasl"ın mərkəz müdafiəçisi Malik Tiaunun "Liverpul" və "Mançester Yunayted"in transfer hədəfində olduğu iddia edilir. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
24 yaşlı futbolçu hər iki klubun müdafiə xəttini gücləndirmək üçün axtardığı profildəki oyunçu hesab olunur. Fiziki cəhətdən güclü və hava toplarında effektiv olan Tiau müdafiə xəttində oynamaq üçün də kifayət qədər sürətlidir.
"Liverpul"da Tiaunun gələcəkdə Vircil van Deykin mümkün əvəzlənməsi prosesində rol oynaya biləcəyi düşünülür. "Mançester Yunayted"də isə Leni Yoro və Ayden Heven uzunmüddətli layihənin əsas fiqurları hesab olunsalar da, baş məşqçi Maykl Karrik müdafiənin mərkəzində daha bir etibarlı futbolçuya ehtiyac duyur.
Bununla belə, transferin qarşısındakı əsas maneə "Nyukasl"ın mövqeyidir. İngiltərə klubu yay "transfer pəncərəsi"ndə heyətində ciddi dəyişikliklər edib və daha bir əsas futbolçusunu itirməkdə maraqlı deyil.