"Mançester Yunayted" Çempionlar Liqasında "Sabah"la oyuna itkilərlə çıxacaq. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar"ın futbolçuları Matteys De Liqt və Amad Diallo görüşü buraxacaq.

 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

 

Baş məşqçi Maykl Kerrik zədəsini yeni sağaldan futbolçuları meydana buraxmayacaq.

 

Sabah keçiriləcək "Mançester Yunayted" – "Sabah" oyununa saat 23:00-da start veriləcək.