Kolumbiya millisinin futbolçusu Xames Rodriqes karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, B Seriyası təmsilçisi "Avellino" yarımmüdafiəçi ilə danışıq aparır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xames bu ilin fevralından "Minnesota"da çıxış edirdi. O, ötən ay klubla vidalaşıb.
Yarımmüdafiəçi daha əvvəl "Real", "Bavariya" kimi klublarda da forma geyinib.
"Avellino" B Seriyasında 3 turdan sonra 6 xalla 5-ci sıradadır.