Konfrans Liqasının II təsnifat mərhələinin cavab oyunları çərçivəsində sabah Slovakiyada "Dunayska Streda"nın qonağı olacaq "Zirə" daha bir transfer reallaşdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi "Kəpəz"in daha bir futbolçusunu "rənglərinə bağlayıb".

 

"Qaratallar" ötən "futbol ili"ndə "sarı-göylər"in formasını geyinən Georgi Papunaşvili ilə anlaşıb. Yaxın günlərdə gürcü futbolçu yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. 

 

Qeyd edək ki, gürcü futbolçu 2023/24 mövsümündə Gəncə klubunun heyətində Premyer Liqada 19 matça çıxıb və 5 qolla yadda qalıb.