"Qalatasaray" heyətini rus futbolçu ilə gücləndirə bilər. Sport24.az xəbər verir ki, Türkiyə çempionu "Lokomotiv"in yarımmüdafiəçisi Aleksey Batrakovu heyətinə qatmağa çox yaxındır.
Klublar arasında ilkin razılıq əldə edilib. 21 yaşlı futbolçunun "Lokomotiv"lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Rusiya millisinin üzvü bir çox təklif alsa da, seçimini "Qalatasaray"dan yana edib.