PSJ "Strasburq"un müdafiəçisi Qela Due ilə maraqlanır. Sport24.az xəbər verir ki, Kot-d"İvuar millisinin 23 yaşlı futbolçusu Paris klubunda Əşrəf Hakiminin əvəzləyicisi kimi nəzərdən keçirilir.

 

Gənc müdafiəçi "PSJ"nin yarımmüdafiəçisi Dezire Duenin qardaşıdır. Transferlə bağlı danışıqlarda hələlik ciddi irəliləyiş qeydə alınmayıb.

 

"Renn"in yetirməsi olan Qela 2024-cü ildə "Strasburq"a keçib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Due 2025/26 mövsümündə bütün turnirlərdə daxil olmaqla 34 matçda 2 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.