Sabah Qusar Olimpiya Kompleksində yeniyetmələr arasında Ümumrespublika Şahmat Olimpiadası start götürür. Sport24.az xəbər verir ki, yarışda 400-ə yaxın gənc dərin zəka sahibi iştirak edəcək.
Ölkə daxilində keçirilən yarışlar arasında rekord sayda şahmatçının qatıldığı mübarizədə Sport24.az təmsilçiləri də qüvvəsini sınayacaq.
Komandamızı yarışda 10 şahmatçı təmsil edəcək.
Qeyd edək ki, ilk tura sabah saat 15:00-da start veriləcək.